Baş məşqçini istefaya göndərdilər - Qarşılıqlı razılaşma əsasında

12 Sentyabr 2023 00:10 Fransa 864
Baş məşqçini istefaya göndərdilər - Qarşılıqlı razılaşma əsasında

Fransa çempionatında baş məşqçi istefası gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, "Lion" Loran Blanla yollarını ayırıb.

57 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Loran Blan ötən ilin oktyabr ayından "Lion"u çalışdırırdı. Komanda cari mövsümdə ölkə çempionatında keçirdiyi 4 görüşün 4-də məğlub olub, 1 dəfə isə heç-heçə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti