
“Lion”un sahibi Con Tekstor “Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potterlə danışıqlar aparır.
Sportinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis “Lion”un çalışdırıcısı Loran Blanı əvəz edə bilər.
Potter 2022-ci ilin sentyabrından 2023-cü ilin aprelinə qədər “zadəganlar”a rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 31 oyunda 11 məğlubiyyətlə üzləşib.
“Lion” Blanın rəhbərliyi altında 2023/24 mövsümünün ilk 4 turunda cəmi 1 xal toplayıb və Fransa çempionatının turnir cədvəlində sonuncu yerdədir.