“Messi də Parisdə mənim kimi “cəhənnəm”ə düşdü” – Neymardan İDDİA

4 Sentyabr 21:40 Fransa 458
“Messi də Parisdə mənim kimi “cəhənnəm”ə düşdü” – Neymardan İDDİA

“Əl-Hilal”ın hücumçusu Neymar argentinalı futbolçu Lionel Messi ilə birgə PSJ-də keçirdikləri vaxtdan danışıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu PSJ-dəki günlərini “cəhənnəm” adlandırıb:

“Messinin DÇ-2022-dəki uğuruna görə çox xoşbəxt idim. Messi Argentina millisi ilə “cənnət”ə getdi, son illərdə hər şeyi qazandı.

Amma Messi də Parisdə mənim kimi “cəhənnəm”ə düşdü.

Üzüldük, çünki ora bir səbəblə, əlimizdən gələni etmək və Çempionlar Liqasını qazanmaq, tarix yazmağa çalışmaq üçün getmişdik. Təəssüf ki, uğur qazanmağa vaxtımız olmadı”.

Hər iki futbolçu bu yay PSJ-dən ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə
29 Noyabr 01:00 Millimiz Mərakeşə uduzdu