
Frankfurt “Ayntraxt”ının hücumçusu Randal Kolo-Muani PSJ-yə keçib.
Sportinfo.az xəbər verir ki, parislilər 24 yaşlı fransalı futbolçunu 95 milyon avroya transfer ediblər.
PSJ dərhal 75 milyon avro ödəyəcək və daha 15 milyonu bonus olaraq ödəyəcək.
Kolo-Muani ötən yaydan “Ayntraxt”da çıxış edir. O, bu mövsüm komandanın heyətində bütün yarışlarda 4 oyunda 3 qol vurub.