“Mbappe serialı artıb bitib, hər şey yaxşıya doğru gedir”

23 Avqust 2023 18:40 Fransa 1 440
“Mbappe serialı artıb bitib, hər şey yaxşıya doğru gedir”

PSJ-nin keçmiş futbolçusu Jerom Roten fransalı hücumçu Kilian Mbappe haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, baş məşqçi Luis Enrikenin Mbappenin Fransa klubunda qalması üçün səy göstərdiyini deyib:

“Mbappe serialı artıb bitib. Hər şey yaxşıya doğru gedir. PSJ-nin hazırkı heyəti yaxşı formadadır.

Əminəm ki, baş məşqçi Luis Enrike də Mbappenin Paris klubunda qalması üçün səy göstərir”.

Paytaxt təmsilçisi avqustun 13-də Mbappenin əsas komanda ilə məşqlərə qayıtdığını açıqlayıb.

Xatırladaq ki, Fransa millisinin oyunçusu PSJ ilə müqavilə imzalayıb-imzalamamaqla bağlı yekun qərar vermədiyi üçün Liqa 1-in birinci turunun “Loryan”la matçını (0:0) buraxmışdı.

O, 2-ci turun “Tuluza” ilə qarşılaşmasında (1:1) fasilədən sonra oyuna daxil olub və penaltidən fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti