Prezidentlə görüşdü, getmək fikrindən daşındı? – Məşhur hücumçu

21 Avqust 2023 22:00 Fransa 882
Prezidentlə görüşdü, getmək fikrindən daşındı? – Məşhur hücumçu

PSJ rəhbərliyi komandanın hücumçusu Kilian Mbappenin klubda qalacağına tam əmindir.

Sportinfo.az xəbər verir ki, PSJ rəhbərliyi arasında belə fikir Mbappenin klub prezidenti Nasser Əl-Xələfi ilə söhbətindən sonra yaranıb.

Parislilər transfer pəncərəsi bağlanana qədər, yaxın iki həftə ərzində “Real”ın hücumçu üçün təklif göndərməsini gözləmir.

24 yaşlı futbolçu bu mövsüm Fransa çempionatının bir oyununda bir qol vurmağı bacarıb. Onun parislilərlə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti