Kral kimi yaşayacaq - Belə həyatı hansı futbolçu istəməz ki..?

17 Avqust 2023 15:40 Fransa 1 032
Kral kimi yaşayacaq - Belə həyatı hansı futbolçu istəməz ki..?

Braziliyalı hücumçu Neymarın PSJ-dən Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçərkən razılaşdığı şərtlərin təfərrüatları məlum olub.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Partidazo de COPE” məlumat yayıb.

Mənbənin məlumatına görə, Neymarın ixtiyarında 25 otaqlı dəbdəbəli malikanə olacaq ki, bu da hovuz və üç saunadan ibarətdir.

Həmçinin, Neymarın ixtiyarında doqquz fərqli avtomobil olacaq və braziliyalı futbolçunun otellərdə, restoranlarda, səyahətlərdəki bütün hesabları klub tərəfindən ödəniləcək.

Daha əvvəl Neymarın Səudiyyə Ərəbistanındakı evində qulluqçuların olacağı, futbolçunun özünün şəxsi təyyarə alacağı və ölkə qanunlarının nikahsız yaşamağı qadağan etməsinə baxmayaraq, sevgilisi ilə yaşaya biləcəyi bildirilirdi.

Digər Xəbərlər
Xəbər Lenti