36 yaşlı tanınmış fransız Avropadan getdi

17 Avqust 2023 00:00 Fransa 555
36 yaşlı tanınmış fransız Avropadan getdi

"Marsel"dən ayrılan Dmitri Payetin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı futbolçu karyerasını Braziliyada davam etdirəcək.

Fransalı vinger "Vasko da Qama"ya keçib.

Fransa millisinin sabiq üzvü ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Dmitri payet "Marsel"ə 2017-ci ilin yayında "Vest Hem"dən keçmişdi.

Təcrübəli vinger son mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti