Neymar da təklif gəldi – Pulunu balta “kəsməyən” ərəblərdən

14 Avqust 2023 12:20 Fransa 481
Neymar da təklif gəldi – Pulunu balta “kəsməyən” ərəblərdən

PSJ-nin braziliyalı hücumçusu Neymar Səudiyyə Ərəbistanın “Əl-Hilal” klubundan təklif alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano tviterdə yazıb.

Mənbənin məlumatına görə, “Əl-Hilal” Fransa komandasına “böyük təklif” edib. Hazırda danışıqlar aparılır. Braziliyalının keçiddə maraqlı olduğu qeyd edilir.

31 yaşlı futbolçu 2017-ci ildə dünya futbolu üçün rekord məbləğə - 222 milyon avroya “Barselona”dan PSJ-yə keçib.

Hücumçu Fransa yığmasının tərkibində 173 oyun keçirib, 118 qol vurub, 77 məhsuldar ötürmə edib.

PSJ ilə birlikdə 5 qat Fransa çempionu və 4 dəfə ölkə Superkubokunun qalibi olub, 3 dəfə Fransa Kubokunu və 2 dəfə Fransa Liqa Kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti