Mbappenin qarşısına iki şərt qoyub: o, ya klubla yeni sözləşmə imzalamalı, ya da

12 Avqust 2023 22:00 Fransa 1 006
Mbappenin qarşısına iki şərt qoyub: o, ya klubla yeni sözləşmə imzalamalı, ya da

PSJ rəhbərliyi hücumçu Kilian Mbappeyə məktub ünvanlayıb və ondan klubu azad agent kimi tərk etməsini xahiş edib.

Sportinfo.az xəbər verir ki, fransalı forvard Liqa 1 klubunu tərk etsə, parislilər bəzi futbolçularını satacağını, işçilərin bir hissəsini işdən çıxaracağını da bildiriblər.

Paytaxt təmsilçisi Mbappenin qarşısına iki şərt qoyub: o, ya klubla yeni sözləşmə imzalamalı, ya da oranı tərk etməli – özünə yeni iş yeri tapmalıdır.

PSJ rəhbərliyi Fransa millisinin üzvünə ünvanladığı məktubda Harri Keynin “Bayern”ə transferini nümunə göstərib və futbolçuların iş yerini dəyişərək sabiq komandalarına maliyyə mövzusunda dəstək olduqlarını diqqətə çatdırıb.

Mbappe 2017-ci ilin avqustundan PSJ-də çıxış edir. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 43 oyuna çıxıb, 41 qol vurub və 10 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti