Ərəblər 200 milyon avro ödəməyə hazırdır - Neymar üçün

10 Avqust 2023 15:20 Fransa 429
Ərəblər 200 milyon avro ödəməyə hazırdır - Neymar üçün

Neymar karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu brazilyalı hücumçu üçün 200 milyon avrodan çox xərcləməyə hazırdır.

Bu məbləğə transferin dəyəri və futbolçunun 3 illik maaşı daxildir.

Parislilər hücumçunu Avropa klublarına satmaq istəmədikləri üçün onu “Əl Hilal”a satmağa hazırdırlar. Futbolçunun özü Səudiyyə Ərəbistanına köçmək fikrinə şübhə ilə yanaşır.

Neymarın mümkün transferi ilə bağlı hələlik dəqiq məlumat yoxdur. İndi “Əl-Hilal” və PSJ yalnız Marko Verrattinin transferini müzakirə edirlər. Neymarla bağlı danışıqların tezliklə başlayacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti