12 milyonluq təklifi geri çevirdi - Səudiyyə Ərəbistanı klubunun

8 Avqust 2023 18:40 Fransa 493
12 milyonluq təklifi geri çevirdi - Səudiyyə Ərəbistanı klubunun

“Lill”in futbolçusu Conatan David Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”ın illik 12 milyon avroluq təklifini geri çevirib.

Sportinfo.az xəbər verir ki, buna səbəb hücumçunun karyerasını Avropada davam etdirmək istəməsi olub.

Lakin ərəblər Davidi transfer etməyə çalışacaq.

Kanadalı futbolçu 2022/23 mövsümündə Fransa çempionatında 37 oyuna çıxıb, 24 qol vurub. Onun Liqa 1 təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Öncədən futbolçulardan Lionel Messi, baş məşqçilərdən isə Joze Mourinyo Səudiyyə Ərəbistanına getməkdən imtina etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti