80 milyon ödəyəcək, 5 illik müqaviləyə qol çəkəcək - PSJ-dən TRANSFER

7 Avqust 2023 18:40 Fransa 339
80 milyon ödəyəcək, 5 illik müqaviləyə qol çəkəcək - PSJ-dən TRANSFER

PSJ hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisi "Benfika"dan Qonçalo Ramosu transfer edib.

Portuqaliyalı forvard artıq tibbi müayinədən keçib. 22 yaşlı hücumçu klubla 5 illik müqaviləyə qol çəkəcək. PSJ Portuqaliya millisinin üzvü üçün klubuna 80 milyon avro ödəyəcək.

Qonçalo Ramos "Benfika"nın yetirməsidir. O, son mövsümdə komandanın heyətində meydana çıxdığı 47 rəsmi matçda 27 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti