"Məncə, o, klub tarixinin ən ucuz futbolçusudur"

7 Avqust 2023 10:00 Fransa 1 401
"Məncə, o, klub tarixinin ən ucuz futbolçusudur"

Agent Andre Küri PSJ-nin hücumçusu Neymarın Fransa klubuna keçidi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, braziliyalı futbolçunun parislilərə çox fayda verdiyini bildirib:

“Neymarın PSJ üçün etdiyi hər bir şey dəyərlidir. Məncə, o, klub tarixinin ən ucuz futbolçusudur. Niyə? Çünki Neymar marketinq məsələləri baxımından Paris klubuna çox fayda verib.

Dünyanın istənilən nöqtəsində öncədən PSJ forması geyinən futbolçu ilə rastlaşa bilərsiz. Hansı ki, onlar öncədən klub dəyərinin nə olduğunu bilmirdilər.

Məsələn, Lionel Messi, Anxel di Mariya və başqaları.

Neymar və Kilian Mbappedən sonra bir daha yüz milyon və ya həmin məbləğdən yüksək olan müqavilələrə imza atmağımız çətin görünür”.

Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan Liqa 1 klubuna keçib. O, Fransa təmsilçisinin heyətində 173 oyuna çıxıb, 118 qol vurub və 77 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti