COP29

Luis Enrike PSJ-dən istefa verməyə hazırlaşır? – Mbappeyə görə QALMAQAL!

5 Avqust 2023 12:20 Fransa 541
Luis Enrike PSJ-dən istefa verməyə hazırlaşır? – Mbappeyə görə QALMAQAL!

PSJ-nin baş məşqçisi Luis Enrike hücumçu Kilian Mbappe ilə bağlı vəziyyətə görə klubu tərk etməyi düşünür.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Nəşrin məlumatına görə, məşqçi klubdan siqnallar alır ki, hücumçu bu yay satışa razılıq verməsə, Mbappeyə arxalana bilməyəcək. Çox güman ki, futbolçu heyətdən kənarlaşdırılacaq.

Həmçinin, ispaniyalı mütəxəssisin qərarına idman müşaviri Luis Kamposun komandanı tərk etməsi də təsir edə bilər.

Qeyd edək ki, Enrike 2023-cü ilin iyulundan PSJ-yə rəhbərlik edib. Onun müqaviləsi iki illikdir.

Xatırladaq ki, ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı.

Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqavilə imzaladığını bildirib.

Ötən mövsüm PSJ 38 turda 86 xalla Fransa Liqa 1-in qalibi olub. Mbappe 34 matçda iştirak edib, bu matçlarda 29 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti