COP29

“Mən dərhal imüqavilə imzalamağa razı oldum? Çox iddialıyam, qohumlarla danışdım“

28 İyul 2023 12:28 Fransa 460
“Mən dərhal imüqavilə imzalamağa razı oldum? Çox iddialıyam, qohumlarla danışdım“

PSJ-nin müdafiəçisi Lukas Hernandes kluba transferindən danışıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı fransalı futbolçu Paris klubuna keçəcəyinə heç bir şübhəsi olmadığını etiraf edib, eyni zamanda, bütün mümkün kubokları qazanaraq PSJ-nin tarixinə düşmək istədiyini bildirib:

“Mən dərhal PSJ ilə müqavilə imzalamağa razı oldummu? Bəli, klubun marağı, iddiaları və rəhbərliyin həyata keçirmək istədiyi layihə məni inandırdı.

Bu barədə qohumlarımla danışdım. Mən də çox iddialıyam, ona görə də, klubun tarixinə düşməyə çalışacam.

Əfsanə olmaq üçün deyil, PSJ ilə hər şeyi qazanmaq üçün əlimdən gələni edəcəm”.

Hernandes “Bayern”dən PSJ-yə keçib. Paris klubu müdafiəçi üçün 45 milyon avro ödəyib.

Digər Xəbərlər
Xəbər Lenti