COP29

“Barselona”dan 2 futbolçunu transfer siyahısına daxil etdi

26 İyul 2023 00:20 Fransa 1 820
“Barselona”dan 2 futbolçunu transfer siyahısına daxil etdi

“Marsel” yay transfer pəncərəsində müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Barselona”nın futbolçuları Kleman Lanqle və Erik Qarsiya ilə maraqlanır.

Tərəflər artıq danışıqlara başlayıblar.

22 yaşlı Qarsiya 2022/23 mövsümündə “Barselona”nın heyətində 32 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.

28 yaşlı Lanqle isə son mövsümü icarə əsasında “Tottenhem”də keçirib, 35 oyuna çıxıb, bir qol vurub, iki məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti