COP29

PSJ Ronaldonun komandası ilə qarşılaşdı, Mbappe kənarlaşdırıldı

25 İyul 2023 22:00 Fransa 976
PSJ Ronaldonun komandası ilə qarşılaşdı, Mbappe kənarlaşdırıldı

Bu gün PSJ və “Əl-Nəsr” yoldaşlıq oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, oyun Yaponiyanın Osaka şəhərindəki Naqay stadionunda baş tutub. Oyun 0:0 hesabı ilə başa çatıb.

PSJ-nin hücumçusu Kilian Mbappe bu görüşdə meydana çıxmayıb. O, gələcəyi qeyri-müəyyən olduğu üçün Yaponiyadakı təlim-məşq toplanışından uzaqlaşdırılıb.

Fransalı futbolçu PSJ-dən ayrılmağı düşünür və bu, klub rəhbərliyinin narazılığına səbəb olub.

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl-Nəsr”in heyətində meydanda olub. O, start heyətində meydana çıxıb və oyunun 66-cı dəqiqəsində əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti