COP29

Mbappe klubu aldatdı

25 İyul 2023 10:20 Fransa 2 508
Mbappe klubu aldatdı

PSJ rəhbərliyi komandanın hücumçusu Kilian Mbappenin müqaviləni yeniləyərkən klubu aldatdığını hesab edir.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist Loik Tanzi məlumat verib.

Mənbənin məlumatına görə, 2022-ci ildə Mbappe azad agent kimi klubu tərk etməyəcəyinə söz verib.

Qeyd olunur ki, PSJ bossları fransalıya inanıb və Kilianla qısamüddətli müqavilə imzalamağa qərar verib, 3 illik müqavilədə israrlı olmayıblar.

“Marca” nəşrinin daha əvvəl iddia etdiyi kimi, futbolçunun anası artıq PSJ rəhbərliyinə onun klubla müqaviləni yeniləmək fikrində olmadığını bildirib. Klubla futbolçu arasında müqavilə 2023/24 mövsümünün sonunda başa çatır.

Mbappe ötən mövsüm 29 qolla Fransa Liqa 1-in bombardiri olub.

Digər Xəbərlər
Xəbər Lenti