COP29

“Yeni transferlər lazımdır”

25 İyul 2023 00:10 Fransa 737
“Yeni transferlər lazımdır”

PSJ-nin baş məşqçisi Luis Enrike hesab edir ki, komandanın dəyişikliyə ehtiyacı var.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis yeni mövsümə hazırlıqla bağlı təəssüratlarını bölüşüb:

“Məşqlərdən sonra təəssürat əladır. Bu, təkcə klubun vəziyyəti və iş şəraiti ilə bağlı deyil, həm də, futbolçuların ustalığının nəticəsidir.

Amma heyətin hələ də gücləndirilməsi, eləcə də, yeni mövsümə transferlər lazımdır. Yaponiya turunda komandanı təhlil etmək və meydanda maksimum nəticə əldə etmək üçün yoxlama matçlarından istifadə edəcəyik”.

Luis Enrikenin son iş yeri İspaniya millisi olub. O, məşqçilik karyerası ərzində İtaliyanın “Roma”, ölkəsinin “Selta” və “Barselona” komandalarına da rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti