COP29

Mbappeni də istədilər - Səudiyyə Ərəbistanından təklif aldı

22 İyul 2023 18:40 Fransa 554
Mbappeni də istədilər - Səudiyyə Ərəbistanından təklif aldı

Səudiyyə Ərəbistanının adı açıqlanmayan bir klubu Kilian Mbappeni transfer etməyi düşünür.

Sportinfo.az xəbər verir ki, onlar artıq fransalı forvardı transfer etmək üçün təklif də hazırlayıblar.

Öncədən Paris klubunun Mbappeni mövsümöncəsi yoldaşlıq turniri üçün Yaponiyaya aparmadığı barədə xəbər vermişdik. “Əl-Hilal”ın da Mbappeni transfer etmək uğrunda mübarizəyə qoşulduğu deyilirdi.

Xatırladaq ki, Mbappenin adı İspaniya “Real”ı ilə hallanır.

Mbappenin paytaxt klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalı forvardın bazar dəyərini 180 milyon avro qiymətləndirir.

Fransa millisinin üzvü 2017-ci ildən PSJ-də forma geyinir. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 43 oyuna çıxıb, 41 qol vurub və 10 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti