COP29

“Məni sevməsələr də, burada qalacam, müqaviləm var, kimsə nəsə deməyib"

20 İyul 2023 22:00 Fransa 745
“Məni sevməsələr də, burada qalacam, müqaviləm var, kimsə nəsə deməyib"

PSJ-nin ulduzu Neymar komandada qalmağı planlaşdırdığını bildirib.

Sportinfo.az xəbər verir ki, "Caze TV" yutub kanalına danışan braziliyalı azarkeşlərin onu bəyənməməsinə baxmayaraq Parisi tərk etmək haqda düşünmədiyini söyləyib:

"Ümid edirəm ki, növbəti mövsümdə PSJ-də qalacam. Mənim bu komanda ilə müqaviləm var, mənə kimsə nəsə deməyib. Azarkeşlər məni sevməsələr də, burada qalacam".

Daha əvvəl mətbuatda Neymarın PSJ-dən ayrıla biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Ötən mövsümün sonunda bəzi aktiv PSJ azarkeşləri braziliyalının Parisdəki evinin yaxınlığında toplaşaraq onun klubdan getməsini tələb etmişdilər.

31 yaşlı Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin iyununa qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti