COP29

Bu qədər pul verdilər, Ronaldonun komandasına transfer oldu

19 İyul 2023 10:20 Fransa 915
Bu qədər pul verdilər, Ronaldonun komandasına transfer oldu

“Əl-Nəsr” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu “Lans”ın yarımmüdafiəçisi Seko Fofananı heyətinə qatıb.

Kristiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” bu transfer üçün 19 milyon avro ödəyib. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Fofana ötən mövsüm “Lans”ın heyətində 39 oyuna çıxıb, 9 qol vurub, 6 məhsuldar ötürmə verib.

O, “Udineze”, “Bastiya” və “Fulhem”də də çıxış edib. Seko Fil Dişi Sahili yığmasında da 8 oyuna çıxıb, 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti