COP29

Tanınmış hücumçunu hədələdilər: “Bura gəlmə, yoxsa 3 barmağını kəsəcəyik” - FOTO

17 İyul 2023 15:20 Fransa 521
Tanınmış hücumçunu hədələdilər: “Bura gəlmə, yoxsa 3 barmağını kəsəcəyik” - FOTO

PSJ fanatları Paris klubuna transferi gözlənilən Duşan Vlahoviçi təhdid edib.

Sportinfo.az xəbər verir ki, fransalı azarkeşlər hücumçunun Kosovoyla bağlı məlum qalmaqalını unutmayıb və onu neonasist sayır.

Fanatlar Vlahoviçlə bağlı pankart hazırlayıb və onun barmaqlarını kəsəcəklərini bildiriblər.

3 barmağını “itirmək” təhdidindən sonra Duşanın “Yuventus”u PSJ-yə dəyişmək ehtimalı xeyli azalıb.

Duşan Vlahoviç bir neçə müddət əvvəl Kosovanın Serbiyaya birləşmiş xəritəsi ilə fotosunu paylaşaraq barmaqları ilə 3 göstərmişdi.

Digər Xəbərlər
Xəbər Lenti