COP29

5 illik müqavilə imzaladı, 10 milyon avrosundan keçdi

16 İyul 2023 21:00 Fransa 464
5 illik müqavilə imzaladı, 10 milyon avrosundan keçdi

“Fiorentina” növbəti transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, sözügedən klub “Empoli”nin sol cinah müdafiəçisi Fabiano Parisini heyətinə qatıb.

Florensiya klubu bu transfer üçün 10 milyon avrosundan keçib. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Parisi 2020-ci ildən formasını geyindiyi “Empoli”də 81 oyuna çıxıb, 3 qol vurub.

“Fiorentina” kapitanı Kristiano Biraqi ilə də yeni müqavilə bağlayıb. 30 yaşlı italyan futbolçu 2+1 illik yeni sözləşməyə imza atıb. O, 2017-ci ildən formasını geyindiyi Florensiya klubunda 207 oyuna çıxıb, 11 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti