COP29

Bir açıqlama verdi, komanda bir-birinə dəydi - “Niyə getmir?”

13 İyul 2023 10:20 Fransa 1 589
Bir açıqlama verdi, komanda bir-birinə dəydi - “Niyə getmir?”

PSJ-nin futbolçuları Kilian Mbappenin "France Football" jurnalına açıqlamaları sərt şəkildə tənqid ediblər.

Mbappe jurnala verdiyi müsahibədə PSJ-də "Qızıl top"u qazanmağın çox çətin olduğunu və eyni zamanda, klubda anormal mühitin olduğunu bildirib.

Sportinfo.az xəbər verir ki, onun fikirləri PSJ-nin paltardəyişmə otağında birmənalı qarşılanmayıb. 6 futbolçu, o cümlədən, yeni transferlər Mbappenin açıqlamalarının komandaya qarşı təhqir olduğunu bildirib.

PSJ-nin prezidenti Nasser Al-Xelaifi də vəziyyətdən çox narahatdır: "Əgər bu, həqiqətən onun fikridirsə, niyə dərhal getmir?".

Monakoda yerləşən RMC xəbər saytı Luis Kamposun bu ünsiyyət savaşında mühüm rol oynadığını bildirib. Mbappenin yaxın ətrafı onun gələn il pulsuz getmək niyyətində olduğunu açıqlayıb.

Lakin PSJ-nin bu vəziyyəti qəbul etməyəcəyi bildirilib. Beləliklə, bu münaqişəni həll etmək imkanı olmayan Kampos çətin vəziyyətdə qalıb və alternativlər axtarmağa başlayıb.

Digər tərəfdən Luis Enrike və Luis Ferrerin Mbappenin Parisdə daha bir neçə il qalması üçün müqavilənin yenilənməsi danışıqlarını davam etdirdiyini bildirib.

Bu hadisələr fonunda yaxın günlərdə vəziyyətin necə olacağı maraq doğurur.

Digər Xəbərlər
Xəbər Lenti