COP29

Mbappe üçün 400 milyon avro xərcləmək istəmir - "Real"

11 İyul 2023 01:40 Fransa 672
Mbappe üçün 400 milyon avro xərcləmək istəmir -

“Real" PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək üçün danışıqları dayandırıb.

Sportinfo.az xəbər verir ki, bu haqda “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Real Madrid”in futbolçu və PSJ rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur.

Klub hücumçu üçün 400 milyon avro xərcləmək istəmir. Həmçinin “Real Madrid” Mbappenin PSJ ilə müqaviləni uzadacağını istisna etmir.

Ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı.

Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqavilə imzaladığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti