PSJ-nin oyunçusu Türkiyə klublarından vaxt istədi – Düşünmək üçün

9 İyul 2023 10:40 Fransa 1 144
PSJ-nin oyunçusu Türkiyə klublarından vaxt istədi – Düşünmək üçün

PSJ-nin yarımmüdafiəçisi Corcinyo Veynaldum Fransa klubunu tərk edəcək.

Sportinfo.az xəbər verir ki, Niderlandın PSV və Türkiyənin bəzi klubları ona təkliflər göndərib.

Futbolçu düşünmək üçün vaxt tələb edib.

32 yaşlı oyunçu 2022/23 mövsümünü icarə əsasında İtaliya “Roma”sında keçirib. O, bütün turnirlər daxil olmaqla 23 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi