COP29

Klub prezidenti ultimatum verdi: Bunu bir daha başqa heç bir futbolçu üçün etməyəcəyik”

7 İyul 2023 12:00 Fransa 490
Klub prezidenti ultimatum verdi: Bunu bir daha başqa heç bir futbolçu üçün etməyəcəyik”

Kilian Mbappe 2023/24 mövsümünün sonunda PSJ ilə müqaviləsinin uzadılmamasına dair fikrini kluba bildirdikdən sonra Fransa təmsilçisi ona cavab məktubu yazıb.

Sportinfo.az xəbər verir ki, həmin məktubda aşağıdakı fikirlər yer alıb:

“Doğrudur, biz (PSJ klubu) səninlə (Mbappe ilə) çox iddialı işlər barədə müzakirələr etmişik. Bəzi şərtləri və tənzimləyici məhdudiyyətləri nəzərə alaraq, qismən çalışmalar aparmışıq.

Hazırda hər şey bizim nəzarətimizdən kənardadır. Lakin buna baxmayaraq, sənin istəklərini həyata keçirmək üçün çox çalışdıq. Bunu bir daha başqa heç bir futbolçu üçün etməyəcəyik”.

Liqa 1 təmsilçisinin prezidenti Nasser Əl-Xələfi klubun yeni baş məşqçisi Luis Enrikenin təqdimat mərasimindən sonra Mbappeyə ultimatum verib.

O, 2023/24 mövsümündə paytaxt klubunda qalmaq istəyirsə, müqaviləsini uzatmalıdır. Əks halda, rəhbərlik Mbappe üçün göndərilən təklifləri dəyərləndirəcək.

Digər Xəbərlər
Xəbər Lenti