COP29

Tanınmış ispan PSJ-nin yeni baş məşqçisi oldu

5 İyul 2023 21:40 Fransa 415
Tanınmış ispan PSJ-nin yeni baş məşqçisi oldu

PSJ-nin yeni baş məşqçisi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu vəzifəyə Luis Enrike gətirilib.

İspaniyalı mütəxəssis Paris təmsilçisinin sükanı arxasında bu gün istefaya göndərilən Kristofer Qaltyeni əvəzləyib.

53 yaşlı çalışdırıcı ilə iki illik müqavilə imzalanıb.

Luis Enrikenin son iş yeri İspaniya millisi olub. O, məşqçilik karyerası ərzində İtaliyanın "Roma", ölkəsinin "Selta" və "Barselona" klublarına da rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti