COP29

Komandanı çempion edən baş məşqçi ilə vidalaşdı - PSJ

5 İyul 2023 15:20 Fransa 402
Komandanı çempion edən baş məşqçi ilə vidalaşdı - PSJ

PSJ rəhbərliyi baş məşqçi Kristof Qalte ilə vidalaşıb.

Fransalı mütəxəssis artıq paytaxt klubunun çalışdırıcısı deyil.

Sportinfo.az xəbər verir ki, PSJ bu gün mətbuat konfransı təşkil edəcək və Luis Enrikeni klubun yeni baş məşqçisi kimi təqdim edəcək.

Qalte 2022-ci ilin yayından Paris komandasını çalışdırıb. PSJ onun rəhbərliyi ilə 2022/23 mövsümündə Liqa 1-də çempion olub.

Enrikenin sonuncu iş yeri İspaniya yığması olub. Onun rəhbərliyi altında Mərakeş millisinə oyunsonrası penaltilərdə uduzan “buğalar” DÇ-2022-də mübarizəni dayandırıb.

Bu səbəbdən, Enrikenin milli komanda ilə yolları ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti