COP29

Premyer Liqa nəhəngi gözünü yumdu, 300 milyonluq kisənin ağzını açdı – Mbappe üçün

1 İyul 2023 15:20 Fransa 1 630
Premyer Liqa nəhəngi gözünü yumdu, 300 milyonluq kisənin ağzını açdı – Mbappe üçün

“Liverpul” PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək üçün İspaniya “Real”ı ilə rəqabət aparmaq iddiasındadır.

Sportinfo.az xəbər verir ki, İngiltərə klubu 24 yaşlı futbolçu üçün 300 milyon avrodan çox ödəməyə hazırdır.

PSJ-nin sahibi olan Qətər əmiri Tamim ibn Həməd Əl Tani Mbappenin klubla 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləsini yeniləməmək qərarına çox qəzəblənib.

Rəhbərlik futbolçu ilə yeni sözləşmə imzalayacaqlarına əmin olsa da, o, şərtləri qəbul etmir.

“Real”ın yay transfer pəncərəsində Fransa millisinin üzvünü 250 milyon avroya almağa hazır olduğu bildirilirdi.

Mbappe 2017-ci ilin avqustundan Fransa klubunda çıxış edir. O, 2022/23 mövsümündə PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 43 oyuna çıxıb, 41 qol vurub və 10 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti