COP29

Ərəblər söhbətə girişdi – PSJ-dən ayrılacağı deyilən adamla

29 İyun 2023 15:20 Fransa 361
Ərəblər söhbətə girişdi – PSJ-dən ayrılacağı deyilən adamla

PSJ-dən ayrıldığı deyilən Kristof Qalte Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”ı çalışdıra bilər.

Sportinfo.az xəbər verir ki, Riyad təmsilçisi artıq 56 yaşlı mütəxəssislə danışıqlara başlayıb.

İyunun 6-da Qaltenin Fransa klubunun baş məşqçi postundan qovulması haqda xəbər yayılmışdı.

O, 2022-ci ilin yayından PSJ-ni çalışdırır. Qaltenin klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Paytaxt təmsilçisi onun başçılığı altında 2022/23 mövsümündə Fransa çempionu olub, ölkə superkubokuna sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti