COP29

"Yalan nə qədər böyük olsa, o qədər inandırıcı görünür"

28 İyun 2023 10:00 Fransa 1 481
"Yalan nə qədər böyük olsa, o qədər inandırıcı görünür"

PSJ-dən ayrılacağı iddia olunan Kilian Mbappe məsələ ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı hücumçu sosial şəbəkə hesabında etdiyi paylaşımda 2023/2024 mövsümünü Paris təmsilçisində keçirəcəyini bildirib:

"Yalanlar... Hər zaman eyni şeylər baş verir. Yalan nə qədər böyük olsa, o qədər inandırıcı görünür.

Daha əvvəl də dediyim kimi çox xoşbəxt olduğum PSJ-də oynamağa növbəti mövsümdə də davam edəcəyəm".

PSJ Kilian Mbappeni 2017-ci ilin yayında "Monako"dan transfer edib. Fransalı forvardın klubla müqaviləsi 2024-cü ilin yayına kimidir.

Tərəflər istəsə, sözləşmənin müddətini daha 1 il uzada bilərlər.

Digər Xəbərlər
Xəbər Lenti