COP29

“Mən heç vaxt ittihamlardan qaçmıram - Həmişə sinəmə döyüb deyirəm ki...”

26 İyun 2023 12:00 Fransa 460
“Mən heç vaxt ittihamlardan qaçmıram - Həmişə sinəmə döyüb deyirəm ki...”

Neymar keçmiş klubu “Santos”a qayıtmaq arzusunda olduğunu bildirib və öz istedadından danışıb.

Sportinfo.az xəbər verir ki, PSJ-nin forvardı yenidən vətənində – Braziliyada oynamaq istədiyini deyib:

“Futbolçunun həyatı çox dinamikdir. Bəzən bir yerdə oynayırsan, sonra hər şey birdən dəyişir.

Təbii ki, yenidən Braziliyada, “Santos”da oynamaq arzusundayam. Ümid edirəm ki, bu, bir gün baş verəcək. Futbol sürprizlərlə doludur”.

Neymarın futbola kifayət qədər diqqət yetirməməsi ilə bağlı ittihamlara da cavab verib:

“Mən heç vaxt ittihamlardan qaçmıram. Hətta əksinə, həmişə sinəmə döyüb deyirəm ki, məni qınaya bilərsiz.

Mən istedadımın hansı səviyyədə olduğunu bilirəm. Nəyə qadir olduğumu bilirəm. Amma futbol fərdi idman növü deyil.

Fərdi olsaydı, indiyə qədər bütün məqsədlərimə çatardım. Amma yox, elə deyil. Təbii ki, adıma görə təzyiq daha yüksəkdir: həm meydanda, həm də meydandan kənarda.

Lakin bəzən bir çox tənqidlərlə razılaşa bilmirəm, çünki bu, mənim şəxsi həyatımdır, istədiyimi edə bilərəm”.

Digər Xəbərlər
Xəbər Lenti