COP29

Paytaxt klubunun əsas transfer hədəfi - Məhəmməd Salah

25 İyun 2023 17:20 Fransa 564
Paytaxt klubunun əsas transfer hədəfi - Məhəmməd Salah

PSJ yeni mövsüm üçün transfer fəaliyyətinə başlayıb.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisi komandadan ayrılan Lionel Messinin yerini doldurmaq istəyir.

Paytaxt klubunun əsas hədəfi "Liverpul"da çıxış edən Məhəmməd Salahdır. PSJ-nin prezidenti Nasser Əl-Xelaifinin dünən Mərakeşdə misirli hücumçu ilə görüşdüyü iddia olunur.

"Liverpul" Məhəmməd Salahı 2017-ci ilin yayında "Roma"dan transfer edib.

31 yaşlı ön xətt oyunçusu son mövsümdə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 30 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti