COP29

Neymar qalacaq - Luis Enrike PSJ-nin baş məşqçisi olsa

21 İyun 2023 00:10 Fransa 353
Neymar qalacaq - Luis Enrike PSJ-nin baş məşqçisi olsa

İspaniya millisinin sabiq çalışdırıcısı Luis Enrike PSJ-nin “sükanı arxasına” keçsə, Neymar Paris klubunu tərk etməyəcək.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu, Enrikenin adının Fransa təmsilçisi ilə hallanmasından sonra belə qərara gəlib.

Öncədən ispaniyalı mütəxəssisin PSJ-də uzunmüddətli layihə qurmaq istədiyi bildirilirdi.

Onun klub rəhbərliyindən heyəti gücləndirmək üçün lazımi transferləri həyata keçirməklə bağlı razılıq əldə etdiyi də deyilirdi.

Xatırladaq ki, Neymar 2014-2017-ci illərdə Enrikenin başçılığı altında “Barselona”da çıxış edib.

Enrikenin sonuncu iş yeri İspaniya yığması olub. Onun rəhbərliyi altında Mərakeşə oyunsonrası penaltilərdə uduzan “buğalar” DÇ-2022-də mübarizəni dayandırmışdı. Bu səbəbdən, Enrikenin milli komanda ilə yolları ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti