COP29

Kərim və “Real” - Bir-birlərini təqib etməyi dayandırdılar

20 İyun 2023 22:00 Fransa 553
Kərim və “Real” - Bir-birlərini təqib etməyi dayandırdılar

Fransalı hücumçu Kərim Benzema “Real”ın sosial media hesablarına abunəliyini dayandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

İyun ayının əvvəlində futbolçu “Real”ı azad agent olaraq tərk edərək Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçib.

Yeni kluba keçəndən iki həftə sonra Benzema Madrid klubunun sosial media hesablarını təqib etməyi dayandırıb.

Daha əvvəl sadəcə mövcud heyətin oyunçularını təqib etmək siyasətinə sadiq qalan “Real”ın sosial media hesabları Benzemanın təqibini buraxmışdı.

Digər Xəbərlər
Xəbər Lenti