COP29

25 yaşlı hücumçu əsas millidən heyətə cəlb edilmiş üç oyunçudan biri olacaq

16 İyun 2023 12:00 Fransa 582
25 yaşlı hücumçu əsas millidən heyətə cəlb edilmiş üç oyunçudan biri olacaq

Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu əsas millidən heyətə cəlb edilmiş üç oyunçudan biri olacaq.

“Tottenhem”in qapıçısı Uqo Lloris və “Mançester Yunayted”in müdafiəçisi Rafael Varan da yığmada çıxış edə bilər.

Mbappe son mövsümdə PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti