COP29

Ara qarışdı, Texniki məğlubiyyət aldı, Liqa 1-ə yüksələ bilmədi

13 İyun 2023 01:40 Fransa 423
Ara qarışdı, Texniki məğlubiyyət aldı, Liqa 1-ə yüksələ bilmədi

“Bordo”ya Liqa 2-nin “Rodez”lə yarımçıq qalmış oyununda texniki məğlubiyyət verilib.

Sportinfo.az xəbər verir ki, bu barədə “L'Equipe” nəşri məlumat yayıb.

Fransa Liqa 2-nin sonuncu turunun oyunu birinci hissədə dayandırılmışdı.

“Rodez”in yarımmüdafiəçisi Luk Buadenin qolundan sonra “Bordo”nun azarkeşi qol bayramı zamanı tribunadan çıxıb və oyunçunu itələyib. Bundan sonra futbolçu meydandan xərəkdə aparılıb.

İntizam komissiyası baş verənlərə “Bordo”ya texniki məğlubiyyət verməyə qərar verib.

“Bordo” növbəti mövsüm Liqa 1-ə vəsiqə qazanmaq üçün bu matçda qalib gəlməli idi.

Beləliklə, növbəti mövsüm Liqa 1- də 2-ci yeri tutan “Metz” və Liqa 2-nin qalibi “Le Havr” çıxış edəcək.

3-cü yerdə qalan “Bordo” Liqa 2-də oynamağa davam edəcək.

Bundan əlavə, “Rodez” bu qərar sayəsində Liqa 2-də qalmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti