COP29

PSJ Messiyə əvəzləyici tapdı?

11 İyun 2023 17:20 Fransa 1 241
PSJ Messiyə əvəzləyici tapdı?

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını Fransada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, PSJ 28 yaşlı futbolçunu transfer etməkdə iddialıdır.

Paris təmsilçisinin rəhbərliyi Silvanı klubdan ayrılan Lionel Messinin əvəzləyicisi kimi görür.

Portuqaliyalı futbolçu 2022/23 mövsümündə “şəhərlilər”in heyətində 54 oyuna çıxıb, yeddi qol vurub və altı məhsuldar ötürmə edib.

Xatırladaq ki, Messi iyunun 7-də “İnter Mayami”yə keçdiyini elan edib.

Digər Xəbərlər
Xəbər Lenti