COP29

91.26 faiz səs topladı, Rövnəq Abdullayevin həmkarı oldu - Fransada

10 İyun 2023 15:20 Fransa 406
91.26 faiz səs topladı, Rövnəq Abdullayevin həmkarı oldu - Fransada

Filipp Diallonun Fransa Futbol Federasiyasının (FFF) prezidenti kimi vəzifəsi təsdiqlənib.

Sportinfo.az xəbər verir ki, o, federasiya tərəfindən təşkil edilən ümumi yığıncaqda 91.26 faiz səs toplayıb.

Qurumun keçmiş rəhbəri Noel Le Qrey bu ilin fevralında istefa verib.

Xatırladaq ki, 2023-cü ilin yanvarında FFF-in İcraiyyə Komitəsi Noel Le Qreyin səlahiyyətlərini əlindən almış və onu postundan kənarlaşdırmışdı.

Buna onun milli komandanın sabiq futbolçusu Zinəddin Zidanla bağlı xoşagəlməz fikirlər səsləndirməsi səbəb olmuşdu.

Həmin vaxtdan federasiyaya müvəqqəti olaraq vitse-prezident Filipp Diallo rəhbərlik edirdi.

Digər Xəbərlər
Xəbər Lenti