
“Strasburq”un keçmiş baş məşqçisi Jülyen Stefan “Monako”nu çalışdıra bilər.
Sportinfo.az xəbər verir ki, o, yaxşı layihə ilə bağlı təklif gözlədiyini diqqətə çatdırıb:
“Mövsümün gedişatında işdən azad ediləndə bir neçə həftə çox çətin keçir. Öncə bunu həzm etmək lazımdır.
Daha sonra hər şeyi təhlil etməli, hesablamalı və irəliyə baxmalısan. İki-üç aydır ki, yeni başlanğıc üçün özümü hazır hiss edirəm.
Yaxşı layihə ilə bağlı təklifin gəlməsini gözləyirəm. “Monako”nu çalışdırmaq? Əlbəttə, bu klub məni ciddi şəkildə maraqlandırır”.
“Strasburq” Stefanı 2023-cü ilin yanvarında istefaya göndərib. Buna səbəb onun başçılığı altında komandanın
3 ay ərzində rəsmi oyunlarda qalib gələ bilməməsi olub.
“Monako” baş məşqçisi Filipp Klemanı iyunun 4-də istefaya göndərib. İstefaya komandanın uğursuz çıxışı səbəb olub. “Monako” Liqa 1-də 6-cı yeri tutaraq, avrokuboklara vəsiqə qazana bilməyib.