COP29

“Klubumuz hələ nə baş məşqçi, nə də futbolçularla bağlı yekun qərar verib”

5 İyun 2023 12:00 Fransa 417
“Klubumuz hələ nə baş məşqçi, nə də futbolçularla bağlı yekun qərar verib”

PSJ-nin idman müşaviri Luis Kampos komandanın hazırkı durumu barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, Serxio Ramos və Lionel Messidən söz açıb:

“Ramos və Messi – futbol tarixinə damğasını vuran iki futbol canavarı. Klubumuz hələ nə baş məşqçi Kristof Qalte, nə də futbolçularla bağlı yekun qərar verib.

Emosiyalara əsasən qərarlar qəbul etmirik. Kimin bizimlə qalmalı, kimin getməli olduğuna qərar verəcəyik”.

Öncədən Paris klubu müdafiəçi Ramos və hücumçu Messinin mövsümün sonunda komandadan gedəcəyini açıqlamışdı. Eyni zamanda, Qaltenin də baş məşqçi postunu tərk edəcəyi gözlənilir.

PSJ Qaltenin rəhbərliyi altında Fransa çempionu olub. Eyni zamanda, onlar Çempionlar Liqasının və ölkə kubokunun 1/4 finalına qədər mübarizə aparıblar.

Digər Xəbərlər
Xəbər Lenti