“Ümid qaldı yenə Azərbaycan futbolunun olmayan imicini qaldırmağa çalışan “Qarabağ”a.
Son illərdə olduğu kimi”.
Bu fikirlər “Sportinfo TV”nin şef-redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Tanınmış teleşərhçi avrokuboklarda qüvvəsini sınayan klublarımız arasında yenə “Qarabağ”ı fərqləndirib:
“Ağdam klubu Finlandiya HİK-ini Bakıa olduöu kimi, səfərdə də 2:1 hesabıyla məğlub etdi. Amma azarkeşi “öldürüb-dirildərək” qələbə qazandı.
Şahruddin Məhəmmədəliyev yenə öz “amplua”sında idi. Bakıdakı matçın ən yaxşılarından olan Məhəmmədəliyev sanki finlərə borcunu qaytarırmış kimi 10-cu dəqiqədə topu onlara “hədiyyə” etdi,
Zavallı Bəhlul Mustafazadə özünü 2 dəfə zərbənin qarşısına sipər etsə də, rəqib axır ki, qapıya yol tapdı.
Bəhlul bəkə də Şahruddinə endirmək istədiyi təpiyi qapı dirəyinə vurub, hirsini öz ayağından çıxdı. Barmağını zədələdiyinə görə də fasilədə əvəzləndi.
Beləliklə, Şahruddin bir səhvlə “Qarabağ”a iki zərbə vurdu”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: