“Mən şəxsi və peşəkar səbəblərə gərə ayrılmaq qərarına gəldim, başqa klubla danışmadım”

1 İyun 2023 18:40 Fransa 539
“Mən şəxsi və peşəkar səbəblərə  gərə ayrılmaq qərarına gəldim, başqa klubla danışmadım”

“Marsel”in baş məşqçisi İqor Tudor mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcək.

Sportinfo.az xəbər verir ki, o, bu barədə Liqa 1-in son turunun “Ayaçço” ilə oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib:

“Bu komandada işləmək, bu ailənin bir hissəsi olmaq, azarkeşlərlə görüşmək və xüsusi enerjisi olan bir şəhərdə olmaq şərəf idi.

Mən şəxsi və peşəkar səbəblərdən ayrılmaq qərarına gəldim. Mənim başqa klubla anlaşmam yoxdur”.

45 yaşlı mütəxəssis ötən yaydan “Marsel”i çalışdırır. Onun komandası 37 turdan sonra 73 xalla Fransa çempionatında üçüncü yeri təmin edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”