Ərəblər Messiyə 1,2 milyard avro təklif etdi, atası RAZILAŞDI

30 May 2023 15:40 Fransa 862
Ərəblər Messiyə 1,2 milyard avro təklif etdi, atası RAZILAŞDI

PSJ-nin hücumçusu Lionel Messi “Əl Hilal”a keçə bilər.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı argentinalı futbolçu Səudiyyə Ərəbistanı klubuna keçməyə meyllidir.

Ər-Riyad komandası Messiyə 1,2 milyard avro alacağı iki illik müqavilə təklif edib.

Hücumçunun atasının artıq bu təklifə razılaşdığı deyilir.

Eyni zamanda, Messinin “Barselona”dan da sərfəli təklif gözlədiyi qeyd edilir.

Messi 2022/23 mövsümündə 40 oyun keçirib, 21 qol vurub və 20 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”