Mövsümün ən yaxşıları - Mbappe də burada var!

30 May 2023 10:20 Fransa 408
Mövsümün ən yaxşıları - Mbappe də burada var!

Fransa çempionatında mövsümün ən yaxşıları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe Fransa Milli Peşəkar Futbolçular İttifaqı tərəfindən mövsümün ən yaxşı oyunçusu elan edilib.

PSJ-nin digər futbolçusu Nuno Mendes mövsümün ən yaxşı gənc oyunçusu seçilib.

Mövsümün ən yaxşı qapıçısı adını “Lans”ın qolkiperi Bris Samba qazanıb.

Ən yaxşı məşqçi adına isə “Lans”ın baş məşqçisi Frank Ez layiq görülüb.

Fransadan kənarda çıxış edən mövsümün ən yaxşı fransalı futbolçusu isə Madrid “Real”ının hücumçusu Kərim Benzema elan edilib.

Digər Xəbərlər
Xəbər Lenti