Məşhur klubun qapıçısı atdan yıxıldı, xəstəxanaya aparıldı - Vəziyyəti ağırdır

29 May 2023 10:20 Fransa 564
Məşhur klubun qapıçısı atdan yıxıldı, xəstəxanaya aparıldı - Vəziyyəti ağırdır

PSJ-nin qapıçısı Serxio Riko atdan yıxılıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı qolkiper ölkəsində olarkən bu hadisə ilə üzləşib.

Başından zədələnən Riko dərhal helikopterlə xəstəxanaya aparılıb. Kəllə-beyin travması alan qapıçının durumunun ağır olduğu bildirilir.

PSJ Serxio Rikonu 2019-cu ilin yayında “Sevilya”dan transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti