
PSJ-nin hücumçusu Kilian Mbappe komandasının cari mövsümdəki çempionluğundan danışıb.
Sportinfo.az xəbər verir ki, fransalı hücumçu sosial şəbəkə hesabında belə yazıb:
“Fransa çempionu. 11-ci titul. Xanımlar və cənablar, Fransanın ən böyük klubu PSJ-dir”.
Mayın 27-də PSJ tarixində 11-ci dəfə Fransa çempionu olub.
Mbappe 2018-ci ildən Paris klubunda çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.
O, bu mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 40 qol vurub və 9 məhsuldar ötürmə edib.